Xəbər lenti

2 rayonda su olmayacaq
Ölkə05:02 23.08.2013

2 rayonda su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı şəhərinin iki rayonunda içməli suyun təchizatında məhdudiyyətlər yaranacaq.
«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunun Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar, avqustun 23-də gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.
 Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.
Qaynar.info