Xəbər lenti

2 yaşlı Aylanın köməyinizə ehtiyacı var - MÜRACİƏT
Ölkə07:42 06.06.2016

2 yaşlı Aylanın köməyinizə ehtiyacı var - MÜRACİƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, 2 yaşlı Ayla Azayevaya kəskin leykoz L2 (qan xərçəngi) diaqnozu qoyulub. 27.04.2015 tarixindən uşaq Belarusda Uşaq Onkologiya Hematologiya və İmmunialogiya Mərkəzində müalicə olunur. 
2 yaşlı Aylanın səhhətində müəyyən irəliləyiş olsa da, hələ müalicə davam etməlidir. Bunun üçün isə müəyyən məbləğə ehtiyac var. Amma ailə bu məbləği ödəmək gücündə deyil. Bu səbəbdən Aylanın atası Fərhad Azayev Qaynarinfo.az vasitəsi ölkə ictimaiyyətinə müraciət edib. Həmin müraciəti təqdim edirik:
Biz həm öz gücümüzə, eləcə də dost-tanış, qohum-əqraba və hətta tanımadıgımız qəlbi şəfqətlə dolu insanların köməyi ilə övladımı Belarusa müalicəyə apara bildik və bu 13 ay ərzində cox gözəl nəticələr əldə etmişik. Hazırda əsas müalicə bitib və xəstəxana xidmətləri üçün bütün məbləğ xəstəxana hesabına köçürülüb. Xəstəliyin müalicəsi üçün Almaniya istehsalı olan dərmanlara cox ehtiyac var. İndi uşağa xəstəliyin geri qayıtmamsı üçün möhkəmləndirici kimiyalar və dərmanlar vurulur. Müalicə Allahın köməkliyi ilə 2017-ci ilin may ayında bitməlidir. Son 6 ayda baş verən iqtisadi böhran isə xərcləri daha da artırıb. Müalicənin sonuna kimi təkcə dərmanlar üçün 11.000 dollar maddi vəsait tələb olunur, bundan başqa xarici ölkədə qalmaq, nəqliyat və digər xərclər var. Xəstəlik ağır olduğundan hər dəqiqə uşaq üçün çox əhəmiyyəlidir. 
Aylanın hər kəsin köməyinə çox ehtiyacı var. Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz. Aylaya bu mübarizədə qalib gəlməyə dəstək olaq.
Valideynin (atanın) Fərhad Azayev əlaqə nömrəsi 070 378 93 44
Online bank AZN hesabıylada 4127 2222 3913 3028 kömək ede bilersiz.
Əlavə məlumat lazımdırsa zəhmət olmasa mənə bildirin. Əvvəlcədən təşəkkür edirəm.