Xəbər lenti

2 yük maşını toqquşdu: yaralı var
Ölkə05:01 30.08.2013

2 yük maşını toqquşdu: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yevlaxda iki yük avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın verdiyi xəbərə görə, rayonun Aran qəsəbəsində “ŞAQMAN” və “FORD” markalı 2 yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “ŞAQMAN” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Qaynar.info