Xəbər lenti

20 gündə neçə nəfəri ilan sancıb - RƏSMİ
Ölkə09:02 12.05.2014

20 gündə neçə nəfəri ilan sancıb - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycanda son 20 gün ərzində 10 nəfər ilan sancması ilə Mərkəzə müraciət edib”. 
Bunu AzNews.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, aprelin 20-dən bu günədək 10 nəfəri ilan, 5 nəfəri isə müxtəlif növ həşərat sancıb: “İlan sancmalarının 8-i Bakı və ətrafı kəndlərin payına düşür. Bunlar əsasən Xəzər, Qaradağ, Nizami rayonlarının ərazilərində baş verib. Digər iki ilan sancması isə 1-i Hacıqabul və 1-i Zərdab rayonlarında qeydə alınıb. İlan dişləməsindən zəhərlənən 3 nəfər xəstəxanada, qalan 7 nəfər isə ambulator müalicə olunur”. 
A.Maqsudov bildirib ki, sözügedən günlər ərzində hörümçək növü olan qaraqurd 2, əqrəb dişləməsindən sonra isə 3 nəfər KTM-ə müraciət edib: “Bu hadisələrin hamısı Bakı ətrafı rayonlarda baş verib. Təkcə ötən gün ərzində qaraqurd sancması ilə 1 nəfər Mərdəkan qəsəbə sakini Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsin yerləşdirilib”. 
Qaynar.info