Xəbər lenti

20 günlük körpəni zibilliyə atdılar - Azərbaycanda
Ölkə21:16 25.11.2014

20 günlük körpəni zibilliyə atdılar - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb. Qaynar.info sia.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, hadisə “Şamaxinka” adlanan ərazidə qeydə alınıb.
Belə ki, “Alov” zavodunun yaxınlığında zibilxanadan körpə uşaq çığırtısı eşidilib. Sakinlər zibil qutularından birində əskiyə bükülən yeni doğulmuş körpə görüblər.
Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Müayinə zamanı zibillərin içinə atılan körpənin qız uşağı olduğu məlum olub.
Onun 20 günlük olduğu müəyyən edilib. Lakin uşağın kim tərəfindən atıldığı bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info