Xəbər lenti

20 nömrəli məktəblə bağlı qərar verildi: Yeməkxana və bufetlər bağlandı
Ölkə05:45 07.04.2023

20 nömrəli məktəblə bağlı qərar verildi: Yeməkxana və bufetlər bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Yasamal rayonunda yerləşən 20 saylı orta məktəbdə şagirdlər arasında baş vermiş kütləvi zəhərlənmə ilə bağlı daha bir qərar verilib. 
Qaynarinfo-nun məlumatına görə, məktəbin yeməkxanası və korpuslarda yerləşən bufetlər hüquq-mühafizə orqanları tərəfindən möhürlənib.
Zəhərlənmənin səbəbinin müəyyən edilənə qədər yeməkxana və bufetlər bağlı qalacaq. 
Artıq məktəb rəhbərliyi tərəfindən şagirdlərə qidanı evdən gətirmələri tövsiyyə edilib. 
Qeyd edək ki, ötən gün 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.
Aydın