Xəbər lenti

Ölkə 17:35 16.10.2023

20 qəpkdən qumar oynadılar, 3 min manat cərimələndilər

Göyçayda avtobus dayanacağını qumarxanaya çevirən şəxslərlə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, polis tərəfindən sentyabrın 28-də gecə saat 23:00 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda pul müqabilində qumar oyunayan şəxslər saxlanılıb. 

Hacalıkənd kənd sakinləri 2002-ci il təvəllüdlü Elbrus Xəlilov, 1989-cu Anar Şıxaliyev və 1982-ci il təvəllüdlü Əziz Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edililərək, iş məhkəməyə göndərilib.  

Məlum olub ki, sözügedən avtobus dayanacağında həmkəndlilər 20 qəpikdən kartla qumar oynayıblar. Saxlanılan zaman polislər 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürüblər. 

Məhkəmənin qərarı ilə Anar Şıxaliyev və Əziz Əhmədov 3000 min manat cərimə edilib. Elbrus Xəlilov barəsində tətbiq olunan inzibati xəta protokoluna isə xitam verilib.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?