Xəbər lenti

"20 Yanvar" dairəsində insan həyatı üçün təhlükə (FOTO/VİDEO)
Ölkə06:32 12.11.2022

"20 Yanvar" dairəsində insan həyatı üçün təhlükə (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın "20 Yanvar" dairəsindəki körpüdə böyük çat yaranıb. 
Qaynarinfo xəbər verir ki, üst qatda hərəkət edən avtomobillərin təkəri yolun aralı hissəsinə düşdüyündən böyük təhlükə mənbəyi yaranır. Sözügedən problemlə bağlı "ATV səhər"də videomaterial hazırlanıb. 
Yaranmış vəziyyətlə bağlı danışan sürücülər körpünün alt və üst hissəsi ilə hərəkət edən maşınları hər an təhlükənin gözlədiyini vurğulayıblar. 
Bu barədə açıqlama verən Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat katibi Anar Nəcəfli problemin hər bir körpünün inşası zamanı istifadə edilən temperatur şovundan qaynaqlandığını, bunun da təhlükəsiz olduğunu deyib:
"Bütün körpülərdə temperatur şovu var. Yəni soyuq aylarda dəmir-beton bir az yığılır, isti havalarda isə nisbətən genişlənir. Bu şovlar o prosesi tənzimləyir. Yağış yağanda isə yığılan su nəticəsində müəyyən deformasiyalar meydana gəlir. Bu o demək deyil ki, həmin körpü çatdır". /BAKU.WS