Xəbər lenti

“20 Yanvar” dairəsində “KamAZ” aşdı
Ölkə07:02 06.02.2022

“20 Yanvar” dairəsində “KamAZ” aşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

"20 Yanvar” metro stansiyasının yanında 1975-ci il təvəllüdlü Xəlilov Teymur Abbasəli oğlu idarə etdiyi "KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə zamanı sürücü müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.