
Gəncədə epilepsiya xəstəsi elektrik naqilinə toxunaraq dünyasını dəyişib.
Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, epilepsiya xəstəsi, 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Teyyub Bağırov qıcolma nəticəsində özündən gedərək üzəri açıq olan elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Qaynar.info