Xəbər lenti

20 yaşlı qızı zorlamaqda günahlandırılan oglanın anası danışdı
Ölkə13:02 04.04.2015

20 yaşlı qızı zorlamaqda günahlandırılan oglanın anası danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzrayonunun Əyyublu kənd sakini 20 yaşlı tələbə qızın 4 nəfərhəmkəndliləri tərəfindən qaçırılaraq zorlanması bağlı məlumatlar xəbərsaytlarının əsas mövzularından birinə çevrilib. Həmin hadisədə adıhallanan gənclərdən birinin - Niyazov Ellməddinnin anası MehribanYusifova istiqlal.az-a müraciət edərək xəbər saytlarının həmin məlumatıbirtərəfli işıqlandırılmasına etiraz edib.

Onun sözlərinə görə,zərərçəkmiş Güldanə Nəsibova bir neçə dəfə tibbi ekspertizadan keçmiş vəekspertizaların rəylərinə görə, həmin qızın bədənində zorlamaxarakterli heç bir zədə, xəsarət aşkar olunmamışdır(!). Lakin bunabaxmayaraq, qızın atası Kamal Nəsibov və ona yaxın şəxslər səsləriyetdikləri bütün saytlarda, mətbuat orqanlarında yalan, həqiqətiqətiyyən əks etdirməyən məlumatlar yayaraq qızının zorlandığını iddiaedir. Halbuki, Kamal Nəsibovun qızı Güldanə Nəsibova heç bir zor, güctətbiq edilmədən E. Niyazovla görüşüb (onların uzun müddətli telefonyazışmalarının, söhbətləşmələrinin olması da istintaqa bəllidir), eynizamanda heç bir güc, zor tətbiq edilmədən də digər gəncin-Kamal Əbülfətoğlu Məmmədovun (qızın neçə illərdir onunla sevgi münasibətləri olub)maşınına oturub. Geri qayıdan qızının oğlanla gəzməyə getməsindən xəbərtutan Kamal Nəsibov bərk qəzəblənib və öz qızını möhkəm döyüb. Sonradanisə, qızın qolunda, ayağında olan göyərmiş yerlərin şəklini saytlardapaylaşaraq, bunu guya oğlanların etdiyini söyləyir. .

M. Yusifovasaytlarda yazılanları oxuyandan sonra şoka düşdüyünü söyləyir:“Qohum-qardaş çox zaman bir-birinə cansağlı arzulayır, amma indianlayıram ki, sevdiklərimizə ilk arzumuz, ilk kəlməmiz “Allah sənişərdən qorusun!” olmalıdır. Allah hamımızı şərdən qorusun!”. M.Yusifova iddia edir ki, Kamal Nəsibov öz yalanları ilə nəinki ictimaifikri çaşdırır, hətta istintaqın gedişinə mane olmaq istəyir. “O,ixtisasca hüquqşünas olduğunda məhkəmə-hüquq sistemində çoxlu vəzifəlidost-tanışı var və əsl həqiqətin üzə çıxmaması üçün onların gücündənistifadə edir. 03.04.2015 tarixində verdiyi müsahibələrində isə, oğlumunzaminə buraxılacağı təqdirdə kənddə tayfa-nəsil davası düşəcəyini, ölümolacağını deyib. Onun bu hədələrini saytlardan da oxuya bilərsiniz. Busözləri hüquq təhsili olan birinin söyləməsinə inanmaq çətindir”.

M.Yusifova qeyd edir ki, onun yeganə istəyi istintaqın ədalətlişəkildə aparılması və mətbuatda dərc olunan materıalların birtərəflideyil, uydurulmuş deyil, balanslı, qərəzsiz təqdim olunmasıdir:“Jurnalistlərdən xahiş edirəm hər hansı bir hadisəni hərtərəfliaraşdirib sonra yazsınlar və yaysınlar. Kimsə öz imkanlarından istifadəedib ağlına gələni danışa bilər. Bu o demək deyil ki, onunsöylədiklərinin hamısı doğrudur.”

Qaynar.info