Xəbər lenti

200-dən çox insan qidadan zəhərləndi - Azərbaycanda
Ölkə12:53 18.05.2016

200-dən çox insan qidadan zəhərləndi - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin 4 ayı ərzində Azərbaycanda 182 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 222 nəfər zərər çəkib.

Yanvar-aprel ayları ərzində ölkədə 22 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 27 nəfər zərər çəkib.

Cari ilin aprel ayında isə 39 qida zəhərlənməsi hadisəsi nəticəsində 49 nəfər zəhərlənib. 3 botulizm hadisəsi nəticəsində isə eyni sayda zəhərlənmə qeydə alınıb.

Qaynarinfo.az