Xəbər lenti

2013-cü ilin ən yadda qalanları – TANINMIŞLARIN CAVABI
Ölkə14:26 27.12.2013

2013-cü ilin ən yadda qalanları – TANINMIŞLARIN CAVABI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2013-cü il artıq başa çatmaq üzrədir. Qaynar.info tanınmışlar arasında bu ilin ən yadda qalan məqamları ilə bağlı sorğu keçirib. Sorğunu təqdim edirik:

Yazar Sevinc Çılğın:


Ən sevdiyiniz tamaşa hansıdır?
- Oda teatrında “Səncə döyəcəklər?” , Yuğ teatrında “Kafkaya salam” tamaşası

Ən sevdiyiniz kino?
- “Benim dünyam”

Ən yaddaqalan hadisə?
- Maşın almağım.

Ən sevdiyiniz yer?
- "Dərya balıq evi".

Ən çox bəyəndiyiniz kitab?
- "Zero Kitab evi"ndə çap olunan Somerset Moem – Esselər

Ən uğurlu insan?
- Gülər Əhmədova. Çox iş almalı idi, cəmi 3 il aldı.

Şair Aqşin Yenisey:

Ən sevdiyini tamaşa?

- Sonuncu dəfə 2 il əvvəl Şekspirə baxmışam. Yalnız telekanallarda göstərilən tamaşalara baxmışam.

Ən sevdiyiniz kino?
- Şoloxovun “Sakit don” əsəri əsasında çəkilmiş bir filmə baxdım. O da çox xoşuma gəldi. Bir də bir film var idi. Alman zabiti ilə Rus zabiti meşədə qəzaya uğrayır. Səhv etmirəmsə adı “Kukuşka” idi.

Ən yaddaqalan hadisə?
- Şəxsi həyatımda ən yadda qalan hadisə 2 kitabımın çap olunmasıdır. Bir şeir, bir nəsr kitabım çap olundu.

Ən sevdiyiniz yer?
-  Evimiz

Ən çox bəyəndiyiniz kitab?
- Aleksandr Levıyın bir kitabını oxumuşdum. Psixoloji kitab idi. Kitabın adını xatırlamıram. Ən sevdiyim kitab həmin kitab idi.

Ən uğurlu insan?
- Futbolçu Messi

Teleaparıcı İlkin Həsəni:

Ən sevdiyini tamaşa?

-   "Dejavu" tamaşası.


Ən sevdiyiniz kino?
-   "Great Getsby".

Ən yaddaqalan hadisə?
- Bu yaxınlarda mənim və “Bozbaş Picture” kollektivinin Gənclər İdman Nazirliyi və Bakı Şəhər Gənclər İdarəsi tərəfindən “Yaxşıların yaxşısı” mükafatına layiq görülməyimiz.

Ən sevdiyiniz yer
- İsveçrənin Malmo şəhəri.

Ən çox bəyəndiyiniz kitab?
- Den Braun “İnferno”

Ən uğurlu insan?
- Ən uğurlu insan Mark Zukerberg olaraq qalır
  

Siyasətçi Ramin Hacılı:

Ən sevdiyini tamaşa?
- “Yeddi Gözəl” tamaşası.

Ən sevdiyiniz kino?
- Torantinonun “Janko” filmi.

Ən yaddaqalan hadisə?
- Prezident seçkiləri.

Ən sevdiyiniz yer?
- Polşa

Ən çox bəyəndiyiniz kitab?
- Seymur Baycanın “Ana ürəyi” romanı.

Ən uğurlu insan?
- Vitalı Kliçko.

Jurnalist Azər Nəzərov:

Ən sevdiyiniz teatr?

- “Oda” Teatrında “Səncə döyəcəklər?” tamaşası


Ən sevdiyiniz kino?
- Hmm.. Aysel sənlə baxdımız ən yaxşı film hansı idi? (nişanlısından soruşur). “Son qala” ABŞ filmi.

Ən yadda qalan hadisə?
- Nişanlanmağım, Universitetdə müəllim kimi işləməyə başlamağım, seçkilər, aksiyalar, 724 news və "Gənclərin Səsi" Radiosu olaraq Milli Netin qalibi olmağımız.

Ən sevdiyiniz kitab?
- Əli Novruzovun “7 hekayə” kitabı. Kitabın PR işlərinə mən baxıram (gülür)

Ən uğurlu insan?
- Bu suala cavab verə bilmərəm.

Pərviz Əzimov
Qaynar.info