
Yola saldığımız 2016-cı il nə üçün bu qədər çətin idi və gələn ildə bəxtimiz gətirəcəkmi?
2016-cı il istər böyük miqyasda dünya tarixində, istərsə də sadə insanların həyatında müxtəlif dramatik hadisələrlə zəngin oldu. Artıq bir çox insanlar səbirsizliklə qarşıdan gələn 2017-ci ili gözləyirlər. Bəs, qarşıdan gələn il bizə nə vəd edir?
Qaynarinfo.Az AzNews.az-a istinadən astroloq İvan Qorskinin proqnozlarını təqdim edir:
Həqiqətən də, alovlu Meymun ili çətin keçdi. Meymun elə bir heyvandır ki, onun davranışlarını əvvəlcədən müəyyən etmək çətindir. Şən və sevimli olan meymun bir anda aqressiv və eqoist ola bilər. Bütün ilboyu emosiyaların parlaması, əhval-ruhiyyənin dəyişməsini və riskli manevrləri müşahidə etdik. Əksər halda həyatmızdakı daimi sürprizlərdən, qeyri-sabitlikdən və dəyişkənlikdən yorulduq.
2017-ci il Odlu Xoruz nişanı ilə keçəcək. Bəs biz bu ildən nə gözləyək?
Xoruz yenilikçi və inqilabçıdır. Alovlu olması Xoruzu daha məsuliyyətli, daha işlək, etibarlı və məqsədyönlü edir. Əgər siz sakitlik arzulayırsınızsa, sizi məyus etməli olacağam: gələn il coşqun olacaq. Lakin əgər biz təşəbbüskar olsaq və liderlik keyfiyyətlərimizi göstərsək, sosial nərdivan pillələrində sürətlə irəliləyə bilərik. Fəal və cəsarətli olanlar üçün maraqlı layihələrin vaxtı gələcək, yeni imkanlar açılacaq.
2017-ci il həyatsevər əhval-ruhiyyə, çoxlu enerji və pozitiv gətirəcək. Xatırlamaq lazımdır ki, Alovlu Xoruz cəsarətli və məqsədyönlü, təbiətcə lider insanları himayə edəcək və onlara kömək göstərəcək. Buna görə də, növbəti ildə tənbəllik etmək və laqeyd olmaqdan çəkinməliyik. Cəsarətlə ən inanılmaz hədəflər seçmək və heç nəyə baxmayaraq irəli getmək lazımıdır.
Alovlu Xoruz istisnasız olaraq hamıya özünə əminlik hissi aşılayacaq. Parlaq, optimist, fəal və məqsədyönlü olun. Bu zaman sizdə düşündüklərinizi həyata keçirmək üçün güc və enerji olacaq.
Maliyyə
Gələcək ildə maliyyəyə əvvəlki illərdən daha ciddi yanaşmaq lazımdır. İmkanlarınızı ölçüb-biçməlisiniz. Birinci yarımillikdə maliyyə ilə bağlı riskli sövdələşmələr etmək tövsiyə olunmur. Bu gələcəkdə çətinliklər yarada bilər. Payızda daha sakit və sabit vəziyyət yaranacaq. Məhz bu zaman kapital yatırmaq və iri alış-verişlər etmək məsləhətlidir. Çalışın böyük miqdarda borc pul götürməyəsiniz. Biznesmenlər və qətiyyətli qərar alan şəxslər üçün il müvəffəqiyyətli olacaq.
Karyera
Karyera qurmağı planlaşdıranlar üçün il uğurlu keçəcək: xüsusilə də işgüzar və şəxsi münasibətlərin qaydaya salmasında. Yeni peşə öyrənmək və bu sferada zirvələrə nail olmaq olar. İş yerini dəyişmək istəyənlər üçün də 2017-ci il uğurlu vaxtdır. Hər şey yaxşıya doğru olacaq. Sadəcə öz gücünə inanmaq lazımdır.
Təkcə iş yoldaşlarıyla münasibətdə ehtiyatlı davranmaq məsləhətdir. Onları dost bilib, çox da etibar etməyin.
Münasibətlər
Münasibətlər baxımından kifayət qədər maraqlı və perspektivli il olacaq. Əgər əvvəllər üfüqdə layiqli tərəfdaş görünmürdünüzsə, bu il həmn tərəfdaşı tapacaqsınız. Ürəyinizin səsinə qulaq asın. O, sizə düzgün seçim etməkdə kömək edəcək.
Qaynarinfo.Az