
Bakıda yaşayış binasında yanğın baş verib.
Qaynarinfo.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda çoxmənzilli yaşayış binasında baş verib. Nəticədə binanın 5-ci mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 18 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Qaynarinfo.Az