Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:24 13.01.2017

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi gündüz  şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 2-4°, gündüz 6-9°, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, yanvarın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Qaynarinfo.Az