Xəbər lenti

Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO
Ölkə17:40 29.12.2016

Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir əlində telefon, digər əlində isə siqaret. Belə vəziyyətdə də avtobusu idarə edir. Üstəlik musiqinin səsi də ətrafı bürüyüb.
Qaynarinfo.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, görüntülər 38 saylı  avtobusda qeydə alnıb. Sərnişinlərdən birinin lentə aldığı kadrlar “Xəzər Xəbər”in vatçap nömrəsinə göndərilib. Kadrlarda avtobus sürücüsünün qayda pozuntusu açıq-aydın görünür.
Sürücü avtobusu idarə edə-edə siqaret çəkməklə yanaşı, telefonla danışır. Nəticədə də  sərnişinlərin həyatını təhlükəyə  atır.
Məsələyə Bakı Nəqliyyat Agentliyi 38 saylı marşurut xəttinin sahibkarına xəbərdarlıq edib. Daşıyıcı şirkətin xətt rəisi Ələsgər Əsgərov deyir ki, qaydanı pozan sürücü Elşən Hümbətov artıq cəzalandırılıb.
Daşıyıcı şirkətin digər sürücülərinə isə belə halların yaşanmaması üçün  təlimatlar verilib.
Qaynarinfo.Az