Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:43 22.12.2016

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə arabir çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 

Qaynarinfo.Az