
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək.Qaynarinfo.Az