Xəbər lenti

Ramil Usubovdan yeni təyinatlar
Ölkə13:40 31.10.2016

Ramil Usubovdan yeni təyinatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.
“Report”un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov vəzifəsindən azad edilərək Yasamal RPİ-də 26-cı PB-nin rəisi təyin edilib.
Binəqədi 6-cı PB-nin rəis müavini, polis mayoru Ramil Cəbiyev isə vəzifəsindən azad edilərək Binəqədi RPİ-də 40-cı PB-nin rəisi təyin olunub.
Qeyd edək ki, Yasamal RPİ 26-cı PB-nin əvvəlki rəisi polis mayoru Murad Hüseynov Xəzər RPİ 1-ci PB-nin rəisi vəzifəsində çalışır.
Qaynarinfo.Az