Xəbər lenti

Sabah yağış yağacaq
Ölkə08:50 22.10.2016

Sabah yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstirahət günü Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Qaynarinfo.Az