Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:50 19.09.2016

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 17-20° isti, gündüz 26-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Qaynarinfo.Az