Xəbər lenti

Yağış yağacaq
Ölkə08:54 04.09.2016

Yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən Qaynarinfo.Az-a verilən məlumata görə, sabah hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Qaynarinfo.Az