Bakının Xəzər rayonunda, eləcə də Bərdə şəhərinin bir hissəsində qaz təchizatında fasilələr ola bilər.
Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 23-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10-dan 14-dək isə Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Bakının Xəzər rayonunun Türkan-2 qəsəbəsinin və Bərdə şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.
Qaynarinfo.az