Xəbər lenti

Bu rayonlarda qaz olmayacaq - DİQQƏT!
Ölkə16:56 09.06.2016

Bu rayonlarda qaz olmayacaq - DİQQƏT!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Bakı şəhəri Binəqədi və Xətai rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo.az-a verilən məlumata görə, məhdudiyyət Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən 630 mənzilli yaşayış binasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması ilə bağlıdır. 
Bu məqsədlə iyunun 10-da saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələri ərazisində, Xətai rayonunun K.Kərimov və M.Davud küçələri ətrafında, kənd Əhmədli ərazisində və Həzi Aslanov yaşayış massivi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Qaynarinfo.az