Xəbər lenti

Nazir yeni rəis təyin etdi
Ölkə18:09 10.06.2016

Nazir yeni rəis təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Salyan Telekommunikasiya Qovşağına yeni rəis təyin olunub.
Həmin vəzifəyə Nicat Əsgərov təyin olunub. Nicat Əsgərov bundan əvvəl Respublika Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib.
Xatırladaq ki, Salyan Telekommunikasiya Qovşağının əvvəlki rəisi Faiq Nəcəfov bu il aprel ayının 15-də nazir Ramin Quluzadənin müvafiq əmri ilə işdən azad olunmuşdu. Qısa müddət əvvəl isə Salyan Telekommunikasiya Qovşağında audit yoxlaması aparılmışdı. (Virtualaz.org)
Qaynarinfo.az