Xəbər lenti

Prezident sərəncam imzaladı
Ölkə14:31 18.05.2016

Prezident sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası, gəlirlər 7.721.084,9 min manat, xərclər 9.187.826,9 min manat və ya Fondun 2015-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:

Sıra N-si

                                   Göstəricilər

min manatla

Gəlirlər cəmi:

7 721 084,9

 

o cümlədən

 

 1.

AzərbaycanRespublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalisgəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrükrəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləriçıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətininsərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə vəya iştirak payına düşən gəlirlər istisna olmaqla)

 

7 369 582,1

 2.

Karbohidrogenehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqaviləsahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

2 220,1

 3.

Neftin və qazınAzərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

11 594,9

 4.

Neft-qaz sazişlərininimzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət NeftŞirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilənbonuslar (mükafatlar)

2 108,3

 5.

Dövlət Neft Fondunun vəsaitlərininidarə edilməsindən əldə edilən gəlirlər

335 579,5

 

 

Xərclər cəmi:

 

 

9 187 826,9

 

o cümlədən

 

 1.

Qaçqınların və məcburiköçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzitədbirlərin maliyyələşdirilməsi

149 998,4

 2.

Azərbaycan Respublikasının 2015-ci il dövlətbüdcəsinə transfert

8 130 000,0

 3.

Samur-Abşeron suvarmasisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

89 997,8

 4.

Bakı-Tbilisi-Qars yenidəmir yolu layihəsinin maliyyələşdirilməsi

61 521,7

 5.

2007-2015-ci illərdəAzərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramınınmaliyyələşdirilməsi

35 538,0

 6.

Cənub Qaz Dəhlizilayihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

692 849,4

 7.

AzərbaycanRespublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

27 921,6

Qaynarinfo.az