Xəbər lenti

Sabaha olan hava proqnozu - Yağış yağacaq
Ölkə08:47 10.05.2016

Sabaha olan hava proqnozu - Yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Qaynarinfo.az-a  verilən məlumata görə, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14 , gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir, axşam intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 21-26,  dağlarda gecə 4-9,  gündüz 13-18 dərəcə isti olacaq.

Mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

Qaynarinfo.az