
Türkiyədə Mardin şəhərinin Nusaybin bölgəsində yenidən partlayış baş verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 əsgər ölüb, 4 nəfər yaralanıb. Partlayış təhlükəsizlik qüvvələrinin əməliyyat həyata keçirdiyi binaya giriş zamanı qeydə alınıb.
Qeyd edək ki, Nusaybində PKK terror təşkilatına yönəlik əməliyyatlardan dolayı küçəyə çıxma qadağası hələ də qüvvədədir.
Qaynar.info