Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:40 22.03.2016

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  verdiyi məlumata görə, havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq. Bakıda gecə 4-6 dərəcə, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

Qaynar.info