Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:53 17.03.2016

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 18-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Qaynar.info-ya verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5  dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

Qaynar.info