
Martın 16-da Astara və Goranboy rayonlarına, o cümlədən Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə qaz verilməyəcək.
Bu barədə Dövlət Neft Şirkətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Abşeron, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq. Buna görə də həmin ərazilərdə yanacağın verilməsində məhdudiyyətlər olacaq.
Qaynar.info