Xəbər lenti

Bakıda daha bir avtobus qəzası - Ölən var
Ölkə08:45 28.02.2016

Bakıda daha bir avtobus qəzası - Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə Bakıda ağır yol qəzası baş verib.

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində, Parlament prospektində 63 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ana və qızını vurub. Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun 16 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info