Xəbər lenti

Sabah bu rayonlarda qaz olmayacaq
Ölkə19:05 18.02.2016

Sabah bu rayonlarda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının bir sıra rayonlarının, eləcə də Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaynar.info “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, istismar müddəti başa çatmış diametri 250 millimetrlik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 millimetrlik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə fevralın 19-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A.Qurbanov və H.Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V.Çəmənzəminli və Ə.Qayıbov küçələrinin, eləcə də Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info