Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:43 12.02.2016

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağması ehtimalı var, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında fevralın 13-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq.
Qaynar.info