Xəbər lenti

Sabahın hava proqnozu
Ölkə08:57 12.08.2015

Sabahın hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah ölkə ərazisində yağmursuz hava müşahidə olunacaq. Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyinə keçəcək.
Avqustun 13-də havanın temperaturu Abşeron yarımadasında gecə 23-26˚, gündüz 33-38˚, Bakıda gecə 23-25˚, gündüz 35-37˚ isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.
Avqustun 13-də Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim şərq küləyi əsəcək. 
Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 34-39˚ isti, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti olacaq.
Qaynar.info