Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:31 07.08.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həftəsonu - avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Qaynar.info