Xəbər lenti

Cəbhədə gərginlik artdı
Ölkə08:28 12.07.2015

Cəbhədə gərginlik artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istafadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozub.
Qaynar.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Cəvahirli, Şirvanlı, Şuraabad, Mərzili, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə 
tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, bir gün əvvəl atəşkəs 55 dəfə pozulmuşdu.
Qaynar.info