Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:08 08.07.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Abşeron yarımadasında Xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. Lakin iyulun 9-10-da temperaturun yüksək olması və rütubətli hava meteohəssas insanlar üçün əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Bakıda və Abşeron yarımadasında iyulun 9-da havanın temperaturu gecə 22-25˚, gündüz 30-35˚ isti olacaq. 

Azərbaycanın rayonlarında da iyulun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

İyulun 9-da havanın temperaturu aran rayonlarında gecə 22-27˚, gündüz 34-39˚, dağlarda gecə 13-18˚, gündüz 23-28˚ isti olacaq.

Qaynar.info