Xəbər lenti

Yağış yağacaq
Ölkə08:11 06.07.2015

Yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində əsən şimal-qərb küləyi arabir güclənəcək. 
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25˚, gündüz 27-32˚ isti olacaq. 
Azərbaycanın rayonlarında da iyulun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 21-26˚, gündüz 32-37˚, dağlarda gecə 14-19˚, gündüz 22-27˚ isti olacaq.
Qaynar.info