Xəbər lenti

Bu kəndə ilk dəfə təbii qaz verildi
Ölkə17:12 04.06.2015

Bu kəndə ilk dəfə təbii qaz verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Kürdəmir rayonunun Garıs Əyribənd kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. 

Qaynar.info SOCAR-a istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

190 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 886 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 190 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qaynar.info