
Sabah Azərbaycanda hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-16°, gündüz 21-26° isti olacaq.
Mayın 22-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarda havanın temperaturu gecə 11-16°, gündüz 27-31°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.
Qaynar.info