Xəbər lenti

Bakıda kişi özünü yandırdı
Ölkə07:21 02.05.2015

Bakıda kişi özünü yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Faktla bağlı araşdırma aparılır.

Bakının Qaradağ rayonunda 38 yaşlı kişi özünü yandırıb. Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsindən Anspress-ə verilən məlumata görə, hadisə saat 19 radələrində Müşviq qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Valeh İman oğlu İmanov yanıq xəsarətləri ilə Mərkəzi Yanıq Xəstəxanasına yerləşdirilib.

Araşdırmalar zamanı onun özü-özünü yandırdığı müəyyən olunub. Məlum olub ki, Valeh İmanov üzərinə benzin tökərək intihara cəhd edib.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info