Xəbər lenti

Ramil Usubov yeni rəis təyin etdi
Ölkə07:38 04.05.2015

Ramil Usubov yeni rəis təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. "Trend" xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb.
Cəmil Əmirov bundan əvvəl Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.
Faktı DİN-in mətbuat xidməti də təsdiqləyib.
Qaynar.info