Xəbər lenti

Bakıda ağır qəza: yaralılar var
Ölkə10:47 25.04.2015

Bakıda ağır qəza: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda motosiklet minik maşını ilə toqquşub. Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə aprelin 24-də saat 03.00 radələrində Yasamal rayonunun Tiflis prospektində qeydə alınıb.
Bakı şəhər sakini Tərlan Ələsgərovun idarə etdiyi “Suzuki” markalı motosikletlə Abşeron rayon sakini Sevinc İsmayılovanın idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Nəticədə hər 2 sürücü və S.İsmayılovanın sərnişini xəstəxanaya yerləşdiriliblər.
T.Ələsgərovun vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qaynar.info