Azərbaycanda zəlzələ baş verib. Qaynar.info Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, təkanlar yerli vaxtla saat 14.57-də Qəbələ rayonundan 26 km şimal şərqdə zəlzələ qeydə alınıb.
Təkanlar yerin 39 km dərinliyində, 3,7 bal gücünsə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, ölkə ərazisində son zəlzələ də Xəzər dənizinin Azərbaycan massivində baş vermişdi. Aprelin 8-də 3.1 bal gücündə baş vermiş yeraltı təkanlar dənizin 50 km dərinliyində qeydə alınmışdı.
Qaynar.info