Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:35 11.04.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağışda fasilə olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Qaynar.info