Xəbər lenti

Hava necə olacaq?
Ölkə08:13 08.04.2015

Hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Aprelin 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, gündüz 10-15, bəzi yerlərdə isə 18 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info