Xəbər lenti

Cəbhədə silahlar susmur
Ölkə05:38 30.03.2015

Cəbhədə silahlar susmur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Şıxlar, Şuraabad, Qaraqaşlı, Nəmirli, Şirvanlı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. 
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Qaynar.info