Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:49 25.03.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Abşeron yarımadasında yağıntı gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında martın 26-da havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında da martın 26-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntı olacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Qaynar.info